Qadin.NET / Göbələkli içliklə doldurulmuş qabaq(foto-resept)

Göbələkli içliklə doldurulmuş qabaq(foto-resept)

Tərkibi:

3 ədəd qabaq

300 qr göbələk

100 qr holland pendiri

50 qr qaymaq

1 ədəd kök

Bitki yağı 

Göyərti

Azərduz yodlu narın xörək duzu, istiot

 

Hazırlanması:

Göbələk sevməyənlər ətdən istifadə edə bilərlər.

Qabaqlar yuyulub şəkildə gördüyünüz kimi doğranılır. 

Çay qaşığı ilə aşağı hissəsi 0,5 sm qalmaq şərtilə içi çıxarılır. 

List yağlanıb qabaqları düzüb sobaya qoyulur 30-35 dəq. Bu vaxt ərzində içlik hazır edilir. 

Göbələk, kök sürtgəcdən keçirilir. 

Qabağın içərisindən çıxarılmış içlik də xırda doğranılıb içliyə qatılır. 

Göbələk, kök, qabaq bir yerdə qızardırılır. Hazır olana yaxın duz, istiot, qaymaq əlavə edilib qarışdırılır. 

Tam hazır olduqda göyərti xırda doğranılıb səpilir və qarışdırılıb odun üzərindən götürülür. 

Hazır içlik çay qaşığı ilə qabaqlara doldurulur. 

Pendir sürtgəcdən keçirlib qabaqların üzərinə səpilir. Az miqdarda su əlavə edilıb 15-20 dəq. sobaya bişməyə qoyulur.

Göbələklə doldurulmuş qabaqlarımız hazırdır. 

Zövqünüzə uyğun bəzəyib süfrəyə verə bilərsiniz. 

Nuş olsun!
                                                                                                ( tərcümə edilib )
  
2 avqust 2012
GO BACK