Qadin.NET / Tərəvəzli yay yeməyi (foto resept)

Tərəvəzli yay yeməyi (foto resept)

 

Tərkibi:

1 ədəd qabaq

1 ədəd kök

2 ədəd "Bizim Tarla" soyulmuş pomidoru

2 ədəd bibər

2-3 diş sarımsaq

Bitki yağı

Azərduz yodlu narın xörək duzu, istiot

 1 ç.q ovulmuş dəfnə yarpağı 


Hazırlanması:

Kök təmizlənib sücgəcin iri gözündən keçirib yağda qarışdırılır.

soğan xoşlayanlar soğan da vura bilərlər. 

Bibərlər xırda-xırda doğranılır. 

Köklə birlikdə qarışdırılır. 

 

Qabaqlar da şəkildə gördüyünüz kimi doğranılır. 

Kök, bibər, qabaq bir yerdə qızardılır. 

Soyulmuş pomidorun sürtgəcdən keçirilir.

 

 

 Pomidor, duz, istiot, dəfnə yarpağı əlavə edilib qarışdırılır.

Qapaq bağlanıb zəif odda 10 dəq. hazır olana qədər bişirilir. 

Tərəvəzli yay yeməyimiz hazırdır. 

Nuş olsun!

                                                            ( tərcümə  edilib)

19 iyul 2012
GO BACK