Tərkibi:
1 dənə bütöv qaz
3-4 turş alma
100 qr qoz
"Bizim Süfrə" klassik mayonezi
Azərduz yodlu narın xörək duzu, istiot
1 ədəd soğan
Əvvəlcə qazı təmiz təmizləyirik. Xırda tükləri də ütərək təmizlənilir. Qazın hər yerinə mayonez qarışığı vurulur. İçərisinə doldurulacaq içliyi hazırlayaq.
Qozu ət maşınından keçiririk. Almalar balaca kubik formasında doğranılır. Soğan da ət maşınından keçirilir və sıxılıb acı suyundan azad edilir. Bunların hamısına duz istiot əlavə edilib qarışdırılır. Hazırlanmış qazın içinə doldurulur və çöplə ağzı tikilir. Sonra qazı üzərinə folqa sərilmiş listə qoyuruq. Bıçaqla qazın döş hissəsini bir neçə yerdən deşirik ki, sobada yaxşı bişsin.
1,5 - 2 saatlıq 150 dərəcədə sobaya qoyuruq. Mikrodalğalı sobada da bişirmək olar. Sadəcə qaz çox iri olduğundan sobaya sığmaz. Mən bu dəfə sobaya qoydum bişsin. Getdim öz işimin arxasınca Bayram idi deyə mağazalara baxacaqdım. Evə qayıdandada gördüm ki, mətbəxi tüstü götürüb . Az qalıb qonşular yanğın söndürən çağırsınlar. Qaz bişdikcə yağı əriyir, ona görə də yağın tüstüsü mətbəxi bürümüşdü. Tüstü pəncərədən də bayıra çıxırdı.
Listə yığılan yağları qaşıqla qazın üzərinə əlavə etmək lazımdır ki, piyləri ərisədə tam qurumasın. Bişdikdən sonra görəcəksiz ki, çox dadlı alınıb.
Buyurun qazımız hazırdır.
Nuş olsun!