Qadin.NET / Evdə "Hamburger" (foto-resept)

Evdə "Hamburger" (foto-resept)

Lazım olan ərzaqlar
4,50 stəkan un
1 paket maya (10g)
duz
1 stəkan şəkər
1,50 stəkan su

½ stəkan günəbaxan yağı
İçi üçün
350 q qiymə
½ dəstə cəfəri
1 ədəd süzgəcdən keçirilmiş soğan
1 ədəd yumurta
duz
3 ədəd bayat çörək dilimi
Bəzəmək üçün
100 q doğranmış xiyar turşusu
kahı yarpaqları
Hazırlanması:
Maya, un və digər vəsaitləri qarışdırıb yumşaq xəmir əldə edənə qədər yoğurun.
Sonra üzərini örtüb 40 dəqiqə saxlayın.
Yoğurduğunuz xəmiri altı kündəyə ayırıb əvvəlcədən 240 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.


İç tərkibini qarışdırıb bişirin və altı hissəyə ayırın.
Daha sonra soyumuş Hamburger çörəklərini ikiyə ayırıb köftə, kahı yarpaqları və turşuları düzün.
Mayonez və ketçup sıxaraq çörəkləri bağlayın. İsti-isti servis edin.

Nuş olsun! 

6 yanvar 2021
GO BACK