Qadin.NET / "Sigara böreyi" (foto-resept)

"Sigara böreyi" (foto-resept)

 Tərkibi:
1. Dairəvi balaca lavaş 10 ədəd
2. Ağ pendir 200 qram

3. Cəfəri yarım dəstə
4. Yumurta ağı 1 ədəd
5. Qızartmaq üçün bitki yağı ( duru yağ)

Hazırlanması:
Pendiri sürtkəcdən keçirib üzərinə xırda doğranmış cəfərini əlavə edirik


Lavaşı 4 yerə bölürük
Lavaşlardan birini götürüb içərisinə pendir qoyub kənarlarını içərisinə qartlayıb mütəkkə kimi bükürük. Lavaşın uc tərəfinə yumurta ağı çəkirik ki, açılmasın
Bütün lavaşları bu qayda ilə hazırlayıb yaxşı isidilmiş tavaya duru yağ əlavə edib börəkləri yağda qızardırıq. Qızartdığımız börəkləri salfet sərilmiş qaba çıxardırıqki artıq olan yağ süzülsün.
Nuş olsun!

29 dekabr 2020
GO BACK