Tərkibi:
1kq toyuğun döş əti (file),
3 ədəd soğan,
2 ədəd kök,
2 ədəd yumurta,
2 ədəd bolqar bibəri,
cəfəri,
şüyüd,
yağ,
mayonez,
duz və istiot
Hazırlanması:
İlk öncə soğanla ət maşınından keçirilməlidir. Bacarırsınız isə əti çəkilmiş soğan ilə döymək daha məsləhətlidir.
Yumurtanı və kökü bişiririk, kök tam bişməməlidir. Soğan xırda doğranılır və zeytun yağında qovrululur. Yumurta, kök və bibər kubik şəklində doğranılır, cəfəri və şüyüd doğranılır, soğanla birgə qarışdırılır.
Falqa üzərində açılmış file duzlanır. Hazırlnamış iç filenin üzərinə qoyulur və boru şəklində qatlanır.
Sobaya qoyarkən üzərinə mayonez çəkin ki, yaxşı qızarsın.
Nuş olsun!
Qeyd: Toyuq ruletinin içliyini hər dəfə fərqli etmək mümkündür.