Qadin.NET / Lavaşdan ətli piroq (foto-resept)

Lavaşdan ətli piroq (foto-resept)

Tərkibi:
- 10 ədəd kiçik nazik lavaş
- 300 qr farş
- 5 x.q. düyü

- 1 baş soğan
- 1 x.q. zirinc
- duz, istiot


- bitki yağı (qızartmaq üçün)
Hazırlanması
Farşı bir qədər qızardırıq, xırda doğranmış soğan əlavə edirik, qarışdırırıq, hazır olana qədər bişiririk.


Duzlu suda düyü bişiririk, farşa əlavə edirik, qarışdırırıq.
Zirinc əlavə edirik, qarışdırırıq.
Farşdan götürüb lavaşın qırağına qoyuruk, lavaşı istənilən formada (uzun, kvadrat) bükürük.


Lavaşın qıraqlarına fırça ilə çalınmış yumurta çəkirik ki, açılmasın.
Pirojkiləri bitki yağında qızardırıq.
Nuş olsun!

1 dekabr 2020
GO BACK