Qadin.NET / "İskender" kababı (foto-resept)

"İskender" kababı (foto-resept)

 Tərkibi:
400 qram dana əti
1 yemək qaşığı tomat

2 yemək qaşığı kərə yağı
3-4 yemək qaşığı maye yağ
Hazırlanacaq porsiyaya görə pide

Qatıq
Duz, istiot,


pul bibər,
kəklikotu.

Hazırlanması:
Əvvəlcə, ətləri incə-incə dönər əti kimi doğrayırıq. Bir tavanın içərisinə maye yağı töküb incə doğranmış ətləri tavaya əlavə edin. Ətlər suyunu çəkdiyində duz əlavə edib, rəng alana qədər qızardın. Pideni kub şəklində doğrayıb servis edəcəyiniz boşqabın içərisinə yerləşdirin.
Ayrı bir sous tavasında kərə yağını əridib içinə tomat əlavə edib qovun. Qovrulan tomata kəklikotu, pul bibər və qara bibər əlavə edin.Tomatı maye halına gətirmək üçün azca qaynanmış su əlavə edin.


Doğradığınız pidenin üzərinə sousu, qızaran ətləri qoyuruq. Son olaraq qabın kənarına qatığı tökə bilərsiniz.
Nuş olsun!

23 noyabr 2020
GO BACK