Qadin.NET / Heyva ətirli toyuq qızartması (foto-resept)

Heyva ətirli toyuq qızartması (foto-resept)

Tərkibi:
- toyuq (1,2-1,4 kq)
- 2 ədəd heyva
- 1 ədəd kök
- 2 ədəd soğan
- 1 ədəd limon
- zeytun yağı
- duz, istiot

Hazırlanması:
Kök və soğan uzun-uzun doğranılır, yağda yumşalana qədər qızardılır.
Toyuq doğranılır, qızılı rəng alana qədər ayrı tavada qızardılır.
Divarları qalın olan qazana toyuq, üzərinə qızardılmış tərəvəzlər qoyulur, qarışdırılır, 5-7 dəqiqə ərzində bişirilir.


Sonra üzərinə çıxana kimi su və ya bulyon tökün, 6 hissəyə bölünmüş limon, duz, istiot əlavə edin, qazanın qapağını kip örtün və vam odda bişirin.
10 dəqiqədən sonra limonu çıxardın, qapağı yenə kip örtün və hazır olana qədər (təxminən 30 dəqiqə ərzində) bişirin.
Toyuğu masaya düyü, püre, qızardılmış kartofla vermək olar.
Nuş olsun!

16 noyabr 2020
GO BACK