Qadin.NET / "Pide" (foto-resept)

"Pide" (foto-resept)

"Pide" (foto-resept)
Tərkibi:
Xəmir üçün:
- 400 qr un
- 150 qr su
- 100 qr süd
- 30 qr kərə yağı
- 2 ç.q. şəkər tozu
- 1 ç.q. duz
- 1 ç.q. quru maya
- 1 yumurtanın sarısı (üzərinə çəkmək üçün)

İçlik:
- 500 qr farş
- 150 qr feta pendiri
- 2 baş soğan
- 1 pomidor
- 1 bolqar bibəri
- 1 ç.q. tomat
- cəfəri
- duz, istiot
- bitki yağı (qızartmaq üçün)

Hazırlanması:
Xəmir hazırlayırıq: qaba un, şəkər tozu, duz, quru maya tökün, qarışdırın. İlıq su və süd əlavə edin, qarışdırın. Yağı əridin, xəmirə əlavə edin, qarışdırın
Xəmiri yoğurun, isti yerə qoyun (xəmir 2-3 dəfə artmalıdır)
İçlik:  soğanı xırda doğrayın, yağda qızardın. Farş əlavə edin, qızardın. Pomidor və bolqar bibəri kub kimi doğrayın, əlavə edin. Tomat , cəfəri, duz və istiot əlavə edin, hazır olana qədər bişirin. İçlik çox quru olmamalıdır


İçliyi soyudun, feta əlavə edin, qarışdırın.
Xəmiri və içliyi 6 hissəyə bölün. Xəmirin hər hissəsini oval şəklində yayın, içlik qoyun, şəkildə göstərildiyi kimi bükün.
Tavaya perqament sərin, pideləri düzün, üzərinə yumurta sarısını çəkin.
Sobanı 220 C qədər qızdırın, təxminən 15-20 dəqiqə bişirin.

Nuş olsun!

6 noyabr 2020
GO BACK