Tərkibi
400 qr balıq filesi
1 ədəd toyuq yumurtası
2 dilim ağ çörək
6 x/q süd
3 x/q çörək suxarısı
Duz (zövqə görə)
Hazırlanması:
Qılçıqlar təmizləndikdən sonra balıqları xırda doğrayın. Mətbəx kombaynından və ya blenderdən keçirin.
Ağ çörəyi bir neçə dəqiqə isti süddə saxlayın. Daha sonra yaxşı sıxın ki, kotlet çox boş olmasın.
Balığı, südə batırılmış çörəyi və 1 ədəd yumurtanı birlikdə yaxşı qarışdırırıq. Əlinizi soyuq suya salın, daha sonra hazır olan balıq filesindən təxminən əlinizin içinə yerləşəcək boyda götürün. Кotleti çörək suxarısına salıb qızardın.
Nuş olsun!