Qadin.NET / "Pizza" (foto-resept)

"Pizza" (foto-resept)

Ev şəraitində özünüzün hazırlaya biləcəyiniz çox dadlı və asan yumşaq pizza reseptimizi sizinlə də bölüşürük. Beləliklə, reseptimiz aşağıdakılardan ibarətdir :

Xəmir üçün:
5 st un ( xəmirə görə artıra bilərsiniz )
1st ilıq su
1 st ilıq süd
yarım st zeytun yağı
1 çay qaşığı duz
1 çay qaşığı şəkər tozu
1 xörək qaşığı maya
Xəmiri hazırlayarkən bütün adı çəkilən məhsullar qarışdırılır və xəmir yoğrulur. Xəmir yoğrulduqdan sonra üzəri örtülür və yarım saatlıq özünə gəlməsi üçün kənara qoyulur.
Üzəri üçün :
Sous (tomat pastası, bir qədər bitki yağı, zövqə görə kəklikotu qarışdırılır)
Pendir (Holland pendiri yaxud da mozarella pendiri də ola bilər )
ət yaxud kolbasa məmulatları


bibər
pomidor
zeytun
göbələk
Bu sadalanan ərazaqlar şərtidir. Pizza elə bir yemək növüdür ki, üzərinə istədiyimiz və sevdiyimiz məhsulları düzə bilərik.


Hazırlanması:
Masaya un səpirik və yoğurduğumuz xəmiri 3 bərabər hissəyə bölürük. Xəmirdən birini götürürük və yayırıq. Yaydığımız xəmiri yağlı kağız sərilmiş yaxud da dibi yağlanmış soba qabına qoyuruq və üzərinə məhsulları qoyuruq.İlk olaraq üzərinə hazırladığımız sousdan çəkirik.

Daha sonra isə sürtkəcdən keçirilmiş pendiri qoyuruq (pendirdən bir qədər saxlayırıq ki, artıq pizzanın üzərində olan məhsullar bişdikdən sonra onu çıxarmağa 5 dəqiqə qalmış saxladığımız pendiri sonra üzərinə səpirik ). Bu şəkildə bütün məhsullar üst – üstə yığılır və 180 dərəcədə qızdırılmış sobada təxminən 30 dəqiqə ərzində bişirilir. Pizzanın bişməyinə 5 dəqiqə qalmış kənara qoyduğumuz pendiri üzərinə səpməyi unutmayın.

4 oktyabr 2020
GO BACK