Azərbaycanın milli xörəklərindən biri də dolmadır.Dolmanın növləri çoxdu.Mənsə yarpaq dolmasın hazırlanmasını yazacam.Buyurun ardında oxuyun.
Tərkibi:
Ət
Yumru düyü
Keşniş, şüyüt
Soğan
Azərduz yodlu narın xörək duzu, istiot
Üzüm yarpağı (yay vaxtı heyva,fındıq,üzüm yarpağı ilə birlikdə bişirmək məsləhətdi)
Ət
Yumru düyü
Keşniş, şüyüt
Soğan
Azərduz yodlu narın xörək duzu, istiot
Üzüm yarpağı (yay vaxtı heyva,fındıq,üzüm yarpağı ilə birlikdə bişirmək məsləhətdi)
Hazırlanması:
Əti,soğanı çəkirik.Üzərinə düyünü,duzu,istiotu,keşniş,şüyütü əlavə edib qarışdırırıq.
Sonra yarpağı götürürük.
İçərisinə ət qoyuruq.
və bükməyə başlayırıq.
hamı bircür bükür.mənim uzunsov formada xoşum gəlir.
bu formada dolma alınır.
Əslində dolmanı balaca bükürlər.Amma mənim yekə xoşma gəlir.Türklər və Ərəblər bu formada bükür.Ancaq Ərəblər boş düyüdən hazırlayır.Ətsiz.
Bu da Dolmamız.Bişirdikdən sonra üzərinə qatıq(qatığa sarımsaq və nanə vurmağı unutmayın)mütləq əlavə edin.
Nuş olsun!