Qadin.NET / Kartofun içində bişmiş yumurta (foto-resept)

Kartofun içində bişmiş yumurta (foto-resept)

Tərkibi:

1 ədəd orta boy qaynadılmış kartof

1 ç/q kərə yağı

1 dilim kolbasa

1-2 incə cheddar pendiri

duz

istiot

1 şaxə soğan

istəyə görə çox az cəfəri, şüyüd

Hazırlanması:

Qaynadılmış kartofları soba listinə düz formada düzün. Üst hissəsini bıçaq köməyi ilə qapaq kimi açın. Bir çay qaşığı kartofu deşmədən içini çıxarın.

Kartofun içini xəfif duzlayın, əvvəlcə kərə yağı sonra incə incə doğradığınız kolbasa əlavə edin.

Doğradığınız pendirin yarısını əlavə edin.

1 yumurtanı kartofun içinə qırın, yumurtanın üstünə qalan pendiri səpin.

Doğradığınız göyərtiləri də səpdikdən sonra duz və istiotla dadlandırın.

200 dərəcə əvvəlcədən isidilmiş sobda yumurtanın ağı istədiyiniz hala gələnə qədər bişirin.

İsti sürvis edin.


28 sentyabr 2020
GO BACK