Qadin.NET / Pendirli simitli omlet (foto-resept)

Pendirli simitli omlet (foto-resept)

Tərkibi:

1 simitin yarısı

2 ədəd yumurta

1 ədəd uzunsov bibər

1 çay st sürtgəcdən keçirilmiş pendir

zeytun yağı və ya kərə yağı

duz

istiot

Hazırlanması:

Zeytun yağını tavaya əlavə edin. Simiti xırda-xırda dilimləyin və tavaya düzün.

Pendiri sürtgəcin xırda gözündən keçirib qırağa qoyun. Bibəri də incə-incə dilimləyin.

Yumurtanı qabda duz və istiot əlavə edərək çırpın, içinə bibər və pendiri əlavə edib qarışdırın.

Simitləri çevirərək tavada qızardın. Yumurtalı qarışımı qızarmış simitlərin üstünə tökün.

Altı bişəndə əvvəlcədən isitdiyiniz sobada tamamilə əriyənə qədər bişirərək servis edin.


25 sentyabr 2020
GO BACK