Tərkibi:
2 ədəd çörək
6 dilim pendir
10 dilim sosiska
3-4 ədəd şirin və ya acı bibər
1 y/q tomat pastası
reyhan
istəyə görə quru ət
kərə yağı
Hazırlanması:
Tost maşını isidin, bibərləri qoyub biraz bişirin.
Dilimlədiyiniz sosiskaları aparata atın və qapağını bağlayaraq bişirin.
Çörəyi sosiskanın yağına batırın və kəsmə taxtasını geri alaraq əvvəlvə tomat çəkin. Təzə reyhanın yarpaqlarını da əlavə edin.
Pendiri yerləşdirin, sosiskanı düzün. Quru əti və bibəri də çörəyin arasına qoyun.
Kərə yağı çəkərək pendirlər əriyənə qədər bişirin. Dilimləyərək servis edin.