Tərkibi:
200 qram şirin bibər
250 qram pomidor (2 ədəd)
3 diş sarımsaq
4-5 y/q zeytun yağı
duz
istiot
sumax
cirə
çörəkotu
susam
Hazırlanması:
Bibərləri və pomidorları yuyub bibərlərin başını kəsin. Uzunluğuna görə 2-3 hissəyəbölün.
Pomidorları soyun və alma dilimi kimi 4-6 hissəyə bölün.
Sarımsaqları yeməklik doğrayın.
Zeytun yağını tavaya əlavə edin. Bibərləri tavada qızarana qədər qapağı bağlı bişirin.
Bişən bibərləri çevirin, tavaya sarımsaqları və pomidorları əlavə edin.
Ədviyyatları, susam və çörəkotunu da əlavə edərək qapağı örtün.
5 dəqiqə sonra pomidorların digər üzünü çevirin, qapağı bağlı 5 dəqiqə daha bişirərək servis edin.