Qadin.NET / Yumurtalı tava tostu (foto-resept)

Yumurtalı tava tostu (foto-resept)

Tərkibi:

2 dilim tost çörəyi

3 ədəd yumurta

2-3 y/q pendir (sürtgəcdən keçirilmiş)

4 dilim sosiska

kərə yağı

duz

istiot

İstəyə görə pörtülmüş bibər

Hazırlanması:

İstifadə edəcəyiniz bibəri qovurun. Sosiskaları eyni yağda qovurun.

Yumurtanı duz və istiotla birlikdə çırpın. Pörtdüyünüz bibəri də əlavə edin. Çırpdığınız yumurtanı tavaya tökün və üstünə iki dilim çörəyi qoyub qarışımı canına çəkməsinə şərait yaradın.

Çörəklərin digər üzünü çevirin və yumurta bişəndə çörəklə birlikdə digər üzünü çevirin.

Yumurtanı daşan hissələrini çörəyin içinə qatlayın.

Üstünə sürtgəcdən keçirilmiş pendiri və sosiskanı əlavə edərək bir dilimi digər dilimin üstünə qoyun.

İstəyə görə tavaya çox az kərə yağı əlavə edin və çörəyin iki üzünü də qızardaraq servis edin.

14 sentyabr 2020
GO BACK