Tərkibi:
2 ədəd badımcan
1 ədəd yumurta
1 çay st sürtgəcdən keçirilmiş pendir
1,5 çay st un
8-10 şaxə cəfəri
duz, istiot
1 st un
qızartmaq üçün duru yağ
Hazırlanması:
Badımcanları közləyib soyumağa qoyun.
Soyuyan badımcanların qabıqları soyun və bıçaqla hissələrə ayırın. Cəfəriləri xırda-xırda doğrayın.
Badımcanların içinə pendir, un, yumurta, cəfəri, duz və istiot qoyaraq yaxşıca qarışdırın və hazırladığınız qarışımı dərin soyuducuda 1-2 saat saxlayın.
Unu qaba yayın və xəmirdən 3 barmaq genişliyində parçalar qoparıb ovucunuzun içində kotlet forması verərən una batırın.
Tavaya yağ töküb qızdırın, hazırladığınız kotletləri qızardn. İsti və ya ilıq servis edin.