Tərkibi:
2 ədəd yumurta
1 avokadonun yarısı
50 qram ağ pendir
istəyə görə dolmalıq qırmızı bibər
kərə yağı
düz
istiot
Hazırlanması:
Avokadonu iki hissəyə bölün, içindəki çəyirdəyi çıxarın. Qaşıqla içini çıxarın və dilimləyin.
Pendiri kub-kub doğrayın. Bibəri xırda-xırda doğrayın.
Tavanı kərə yağ ilə yağlayın və isidin. Tava isinərkən yumurtalara duzu və istiot əlavə edib çırpın.
Çırpdığınız yumurtaları tavaya əlavə edin, xəfif tavanı tərpədin. Dilimlədiyiniz bütün ərzaqları omletin yarısına səpin.
Omleti qatlayın və servis qabına qoyun. Qırmızı istiot səpib servis edin.