Qadin.NET / Kartof Graten (video-resept)

Kartof Graten (video-resept)

Tərkibi:

6 ədəd orta boy kartof

1,5 qutu krem(300 ml)

1,5 st süd (300 ml)

1 ç/q ucu ilə muskat(hindistan qozu) sürtgəcədn keçirilmiş (istəyə görə)

duz

istiot

150 qram təzə pendir sürtgəcdən keçirilmiş

Hazırlanması:

Kartofları incə halqalar halında doğrayın. Doğradığınız kartofları su dolu qaba qoyun və yuyub nişastasını buraxın.

Qazana krem və süd əlavə edin, üstünə duz, istiot və istəyə görə az muskat əlavə edərək qarışdırın.

Yuyub süzdüyünüz kartofları qazana əlavə edin və xəfif yumşalana qədər qaynadın.

Soba qabına kəvkirlər süzdüyünüz kartofları qoyun. Üstünə qazandakı qarışımdan gəzdirin.

Üstünə sürtgəcdən keçirdiyiniz pendiri səpərək 185 dərəcə sobada üstü qızarana qədər bişirin.

12 avqust 2020
GO BACK