Tərkibi:
1 ədəd toyuğun döş əti
4-5 ədəd göbələk
2 ədəd bibər
marina etmək üçün:
2 y/q sirkə
1 y/q zeytun yağı
ətotu
duz
istiot
1 diş sarımsaq
1 ədəd soğanın 1/4-ü
Hazırlanması:
Toyuğun döş ətini kub-kub doğrayın və kasaya qoyun. Marina ərzaqlarını üstünə əlavə edib yaxşıca qarışdırın və üstünü örtün 1 saat qədər soyuducuda saxlayın.
Bibərləri və göbələkləri doğrayın. Marina olub yumşalan döş ətini şəkildəki kimi bibər, göbələk, soğan və ət formasında şişə keçirin.
Sobada 220 dərəcədə bişirin. Toyuq şişlərini istədiyiniz qızarana qədər sobada bişirin. İsti servis edin.