Tərkibi:
2 ədəd kiçik boy kartof
1 ç/q kərə yağı
1 qəhvə fincanı sürtgəcdən keçirilmiş pendir
3 dilim kolbasa
1 qəhvə fincanı yaşıl noxud
1 qəhvə fincanı qarğıdalı
duz
Hazırlanması:
Kartofları yuyun və qurulayın. Kolbasaları xırda-xırda doğrayın.
Kartofları 750 vatta 4-5 dəqiqə bişirin. Kartofları sobadan çıxardıqda bıçaq və çəngəllə batıraraq bişib bişmədiyinə baxın.
Qarğıdalı və kartofu kiçik qaba qoyub 1-2 dəqiqə mikrodalğada bişirin.
Bişən kartofları 2 hissəyə bölün və içini qaşıqla çıxarın.
Çıxardığınız kartof içlərini kasada kərə yağı və pendir ilə qarışdırın. Sonra yenidən qaşıqla doldurun.
Kartofların üstünə hazırladığınız qarnitürləri əlavə edin, istəyinizə görə ketçub və mayonez sıxaraq servis edin.