Qadin.NET / Brokoli qızartması (foto-resept)

Brokoli qızartması (foto-resept)

Tərkibi:

1 paket və ya 500 qram brokoli

2 ədəd orta boy yumurta

5 y/q un (1 su st)

1 çay st süd

duz

istiot

istəyə görə hind qozu

qızartmaq üçün duru yağ

servis üçün:

1 kasa qatıq

2 diş sarımsaq

1 y/q doğranmış təzə nanə

duz

Hazırlanması:

Brokoliləri, çiçəklərini ayrıcaq qədər təmizləyin və bol suda yuyun.

Qazanda suda qaynadın, biraz du əlavə edin və brokoliləri rəngi canlı yaşıl olana qədər qaynadın.

Qaynatdığınız brokililəri süzün və soyuq sudan keçirərək soyumağa qoyun.

Yumurta, süd, un, duz, istiot və istəyə görə hind qozunu birlikdə çırpın.

Duru yağı dərin qazanda qızdırın

Brokililəri unlu qarışıma batırın və qızardın. Kağız dəsmalla üstünə qoyaraq yağını çəkdirin.

Servis üçün qatıq, sarımsaq, təzə nanə və duzu kasada çırpın. Brokolilərlə servis edin.

22 iyul 2020
GO BACK