Qadin.NET / Sobada püreli küftə (video-resept)

Sobada püreli küftə (video-resept)

Tərkibi:

350 qram dana qiyməsi

1 ədəd yumurta

3 y/q qaleta unu

1 ədəd orta boy soğan sürtgəcdən keçirilmiş

1 diş əzilmiş sarımsaq

1 şaxə doğranmış cəfəri

duz

istiot

cirə

Püre üçün:

1 kiloqram kartof

1,5 çay st süd 

1-2 y/q kərə yağı

duz

yarım ç/q hind qozu

Pomidor sousu üçün:

1 su st pomidor sürtgəcdən keçirilmiş

2-3 y/q duru yağ

duz

istiot

1 diş sarımsaq

Servis üçün:

1 su st sürtgəcdən keçirilmiş pendir

cəfəri

Hazırlanması:

Kartofları qaynadın və soyun, əzin, içinə süd, yağı, hind qozunu və kərə yağını əlavə edərək əzməyə davam edin.

Hazırladığınız püreni soba qabına yayın.

Küftə üçn ərzaqları yoğurun və toplar hazırlayın. Hazırladığınız topları az yağda qızardın və pürelərin üstünə qoyun.

Tavadakı yağa sarımsaqları və pomidor qovurun. Bişən sousu küftələrin üstünə gəzdirin.

Pendiri səpərək 200 dərəcə isitdiyiniz sobada qızarana qədər sobaya verin. İstəyə görə cəfəri yarpaqları ilə servis edin.

19 iyul 2020
GO BACK