Qadin.NET / "Əjdaha" tortu və Arzuman küftəsi

"Əjdaha" tortu və Arzuman küftəsi

Arzuman küftəsi

Tərkibi:

800 qr  qoyun əti

200 qr mal əti

850-900 qr-lıq  toyuq

1 ədəd soğan

Azərduz yodlu narın xörək duzu

İstiot, nanə, sarıkök, turşu urub

2 ədəd yumurta


Hazırlanması:

İlk olaraq  əti  hazırlayırıq . Ətə 1 yumurta , soğan, duz, istiot, sarıkök vurub əlimizlə yaxşı-yaxşı qarışdırırıq .Əti tam  yumşaq hala salana kimi  əzirik.


"Əjdaha" tortu və Arzuman küftəsi

 "Əjdaha" tortu və Arzuman küftəsi


Daha sonra  toyuğu  yuyub suyu süzüləndən sonra  dərisini tam soyuruq və turşu urubu ilə hər tərəfini  urublayırıq. Daha sonra içərisinə  yumurtanı qoyub ayaqlarını bir-birinə iplə bağlayırıq.


"Əjdaha" tortu və Arzuman küftəsi

"Əjdaha" tortu və Arzuman küftəsi


Toyuğumuz hazırdı. İki metr cunanı üç yerə qatlayırıq  və  əti tam ortasından qoyub  yayırıq. Sonra toyuğu üzərinə qoyub  şəkildə göstərilən formada bükürük və  cunanı möhkəm bağlayırıq.


"Əjdaha" tortu və Arzuman küftəsi

"Əjdaha" tortu və Arzuman küftəsi

"Əjdaha" tortu və Arzuman küftəsi

"Əjdaha" tortu və Arzuman küftəsi

"Əjdaha" tortu və Arzuman küftəsi


Bir qazana  su  töküb tam qaynadırıq. Qaynadıqdan sonra  içərisinə  kartof, azca  duz , istiot  və  küftəni əlavə edib vam atəşdə 2 saat bişiririk. Bir az qaynadıqdan sonra  uzun  çöplə  yoxlayırıq ki, içinin tam bişdiyinə əmin olaq.


"Əjdaha" tortu və Arzuman küftəsi

"Əjdaha" tortu və Arzuman küftəsi

"Əjdaha" tortu və Arzuman küftəsi


 Arzuman küftəmiz hazırdı . Süfrəyə isti servis etmək lazımdır, soyuduqda dadı  qaçır.
Nuş olsun!

 


"Əjdaha" tortu

Tərkibi:

 (1 biskvit üçün)

 6 yumurta 

1.5 st şəkər tozu

1.5 st un 

1 ədəd qabartma tozu 

1 ədəd vanel

 

 Kremi üçün:

2 ədəd qatılaşdırılmış süd 

2 ədəd  sana  yağı


Hazırlanması: 

Mən iki biskvitdən istifadə etmişəm. İlk olaraq  şəkər tozu ilə yumurtanı ağarana qədər çalırıq.


 Sonra üzərinə  unu, qabartma tozunu əlavə edirik.

 

 

Xəmirimiz hazırdır. Listə yağ vurub  unlayırıq və xəmiri əlavə edirik. Öncədən isidilmiş sobada 220 dərəcədə 15-20 dəqiqə sobanın ağzını açmadan bişiririk.

 




Biskvitlərimiz hazırdır. Şəkildəki  formada biskvitləri  kəsirik.

 




Qatılaşdırılmış südü və yağı otaq  temperaturunda çalaraq krem halına gətiririk və  ağ  kremdən bir qədər saxlayırıq. Qalan kremə  yaşıl  boya  vururuq. Şəkildəki formada  əjdahamızı düzəldirik. Kremlədikdən sonra  bəzək üçün  kividən  tikanlar  və  ayaq düzəldirik. Gözlərini isə şokaladdan edirik.

 










Bu da bizim tortumuz.  Nuş olsun. Əjdaha ili hər evə ruzi-bərəkət, əmin-amanlıq və xoşbəxtlik gətirməsini arzulayıram!


7 yanvar 2012
GO BACK