Tərkibi:
Farş, yumurta
Azərduz yodlu narən xörək duzu, istiot
Pomidor və ya qırmızı bibər
Duru yağ, göyərti
Hazırlanması:
İlk öncə omletimizi hazırlayaq.
Yumurtanın üzərinə xırda doğranmış bibər, göyərti,duz istiot vurulub qarışdırılır.
Tavaya yağ tökülür,və omletimizi bişiririk
Bişmiş omlet bu formada doğranılır.
Daha sonra rulet formasında bükülür.
Ət və soğan ət maşınından çəkilir,üzərinə yumurta, duz, istiot vurub qarışdırılır.
(Mən ətə bir azca quyruq əlavə etdim)
Daha sonra əlimizə ətdən alıb içərisinə omlet qoyub kotlet formasına salırıq.
List yağlanılır, ətlər listə düzülür.
Öncədən isidilmiş sobada 180 dərcədə 30-35 dəqiqə bişirilir.
Budur artıq omletli ət zrazırımız hazırdı.
Nuş olsun!