Qadin.NET / Göbələkli omlet (foto-resept)

Göbələkli omlet (foto-resept)

Tərkibi:

göbələk

kərə yağı

yumurta

istəyə görə soğan

Hazırlanması:

Göbələkləri soyduqdan sonra dilimləyib kərə yağında qovurun. İstəsəniz içinə soğan da əlavə edə bilərsiniz. Qovurduğunuz göbələkləri ayrı qaba qoyun, yumurtaları çırpmağa başlayın. Sonra göbələkləri tavaya əlavə edib üstünə çırpılmış yumurta əlavə edin və tavanın qapağını bağlayaraq aşağı dərəcədə bişirməyə davam edin. Sobada da bişirə bilərsiniz.

14 iyul 2020
GO BACK