Qadin.NET / Lavaş pizza (foto-resept)

Lavaş pizza (foto-resept)

Tərkibi:

1 ədəd lavaş

4 ədəd qara zeytun

1 ədəd yaşıl bibər

yarım pomidor

1 dilim ağ pendir

1 ç/q tomat

1 ç/q zeytun yağı

Hazırlanması:

Lavaşı xəfif yağladığınız soba listinə yerləşdirin və üstünə fırça köməyi ilə tomat və duru yağ çəkin.

Pomidoru və bibəri kiçik-kiçik doğrayın, ağ pendiri kub-kub doğrayın və ya əlinizlə didin.

Zeytunların çəyirdəklərini çıxardaraq digər ərzaqla birlikdə tomat çəkdiyiniz lavaşın üstünə səpin.

Sobanın qızdırın və pendir əriyənə qədər bişirin. (2-3 dəqiqə kifayətdir).

9 iyul 2020
GO BACK