Tərkibi:
500 qram ispanaq
1 ədəd kök
1 ədəd soğan
1 ədəd pomidor
3 y/q bulqur
100 qram qiymə
duz
3-4 y/q zeytun yağı
1 çay st su
Hazırlanması:
Təmizlədiyiniz ispanaqları bol suda yuyun. Dərin qabda suya basın. Suya biraz sirkə əlavə edin və gözləyin.
Sirkəli sudan çıxardığınız ispanaqları 1-2 su daha yuyun və süzüb doğrayın.
Pomidorları sürtgəcdən keçirin, soğanı yeməklik doğrayın, kökü sürtgəcdən keçirin.
Qazana zeytun yağı tökün və soğanları bu yağda qovurun. Qiyməni də əlavə edib qovurun.
Kökü əlavə edib 2 dəqiqə qovurun. Pomidoru, bulquru və duzu əlavə edərək 1 dəqiqə daha bişirin.
İspanaqların yarısını qazana qoyun və 1-2 dəfə qarışdırın. Qalan yarısını və suyu əlavə edin, qarışdırıb qapağını örtün.
Aşağı dərəcədə bulqurlar bişib suyunu çəkənə qədər bişirin.
İsti-isti servis edin.