Tərkibi:
1 kq uzun düyü
250 qr əridilmiş kərə yağı
1 ədəd toyuq
sarıkök, zəfəran
3 y/q qarğıdalı yağı
1 ədəd soğan
duz, istiot
Hazırlanması:
Toyuq təmizləyib yuyulduqdan sonra, duz, istiot, sarıkök, doğranmış soğan, qarğıdalı yağı ilə basdırma edin. Düyünü yuyub bir neçə saat ilıq duzlu suda saxlayın. Sonra qaynar duzlu suda bişirin. Tam bişməmiş, ocaqdan götürüb, süzün. Qazanın dibinə qazmaq əvəzi toyuq tikələri düzün. Üzərinə süzülmüş düyü əlavə edin. Sarıkök, dəmlənmiş zəfəran, əridilmiş yağ da gəzdirin. Zəif odda 1,5 saat dəmləndikdən sonra toyuqlu döşəmə plov hazırdır. Qazanın qapağını götürüb, üzərinə sini qoyun və çevrin. Bu zaman qazanın dibinə çökmüş yağ da plovün üzərinə tökülür və daha da ləzzətli olur.