Tərkibi:
istədiyiniz qədər göbələk
2 y/q zeytun yağı
1 orta boy soğan
1 ədəd sarı, yaşıl, qırmızı dolmalıq bibər
1 diş sarımsaq (istəyə görə)
1 ç/q duz
istiot
Hazırlanması:
Geniş tavada 2 yemək qaşığı zeytun yağını qızdırın. Kub-kub doğradığınız 1 orta boy soğanı tavaya əlavə edin. Soğanlar bişərkən 1 ədəd sarı, yaşıl və qırmızı dolmalıq bibəri də kub-kub doğrayın və tavaya əlavə edin. İstəyə görə bibərlə birlikdə 1 diş sarımsaq da əlavə edə bilərsiniz. Qovrulan tərəvəzlərinizə 1 çay qaşığı duz və istədiyiniz qədər istiot əlavə edin. Təmizlədiyiniz və sap hissələrini çıxardığınız göbələkləri tərəvəzli qarışımla doldurun. Tərəvəz içliyi ilə doldurduğunuz göbələkləri yağlı kağız sərdiyiniz soba listinə əlavə edin. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 10 dəqiqə bişirin. Sobadan çıxarmadan 1 dəqiqə əvvəl üstlərinə pendir əlavə edə bilərsiniz.