Tərkibi:
400 qram quşbaşı toyuğun döş əti
300 qram göbələk
2 ədəd orta boy quru soğan
1 paket çiy krem (200 ml)
duz
1 y/q marqarin
istiot
1 ədəd limon
Hazırlanması:
Soğanları soyun və doğrayın. Göbələkləri yuyun və 4 hissəyə bölün.
Soba qabına doğradığınız soğanı, göbələyi və toyuqları yerləşdirin. Marqarini kiçik parçalar halında dağıdın.
Üstünə duz, ədviyyat və krem əlavə edin. Limonu dilimləyin və yeməyin üstünə düzün.
180 dərəcə əvvəlcədən isidilmiş sobada təxminən 40 dəqiqə bişirin. İsti servis edin.