Qadin.NET / Sobada pendirli badımcan (foto-resept)

Sobada pendirli badımcan (foto-resept)

Tərkibi:

1 ədəd bostan badımcanı

1 top mozarella pendiri

6 ədəd çeri pomidoru

duz

zeytun yağı

müxtəlix ədviyyatlar

Hazırlanması

Badımcanları yuyun və 2 hissəyə bölün. Qabıqlı hissələri kəsib badımcanları biraz nazikləşdirin.

Soba qabına yerləşdirilən badımcan dilimlərini kəsdiyiniz hissəyə əvvəlcə duz daha sonra  mozarella pendiri çəkilir.

Hər badımcan diliminin üstünə 3 ədəd çeri pomidoru düzün.

Zeytun yağı gəzdirin. İstəyə görə mozarella pendirinin suyu və zeytun yağı soba qabına tökülür.

160 dərəcə sobada üstü qızarana qədər bişirilir.

18 iyun 2020
GO BACK