Qadin.NET / Pendirli qızartma (foto-resept)

Pendirli qızartma (foto-resept)

Tərkibi:

1 çay st təzə pendir 

1 çay st süd

1 ədəd yumurta

yarım paket qabartma tozu

1 su st un

1 sap təzə soğan

şüyüd

cəfəri

tavanı yağlamaq üçün duru yağ

Hazırlanması:

Kasaya yumurta, süd və pendir əlavə edərək çırpın.

Unu, qabartma tozunu əlavə edərək çırpın, xırda-xırda doğradığınız göyərtiləri də əlavə edərək qarışdırın.

Tavanı yağlayın və artıq yağı dəsmalla götürün.

Xəmirdən bir qaşıq götürün və isti tavaya qoyun. Qaşığın tərsi ilə yayın.

Bir üzü qızaranda digər üzünü çevirin və qabarıb qızaranda servis qabına qoyun.

Xəmir bişdikdən sonra ilıq və ya soyuq servis edin.

15 iyun 2020
GO BACK