Qadin.NET / Rəngli kartof topları (foto-resept)

Rəngli kartof topları (foto-resept)

Tərkibi:

4 ədəd qaynadılmış kartof

2 ədəd kök

yarım dəstə cəfəri

yarım çat st zeytun yağı

yarım limon

duz

Hazırlanması:

Kartofları bol suda yumşalana qədər qaynadın. Azca soyuq suda saxlayın və soyun.

Sürtgəcin iri gözündən keçirin. Kartoflara limon suyu, zeytun yağı və duz əlavə edərək yoğurun. Xəfif duru olacaq, biraz keçəndən sonra özünü tutacaq.

Kökləri yuyun və qabıqlarını soyub sürtgəcdən keçirin, cəfərini xırda-xırda  doğrayın, ayrı qablara qoyun.

Kartofdan qoz böyüklüyündə götürüb əlinizlə yumrulayın.

Kartof topları bitənə qədər kök və cəfəriyə bir-bir batırın. Soyuducuda yarım saat saxlayıb, servis edin.

14 iyun 2020
GO BACK