Qadin.NET / Çin üsulu tərəvəzli toyuq (foto resept)

Çin üsulu tərəvəzli toyuq (foto resept)

Tərkibi:

2 ədəd qabaq

1 ədəd kök

2-3 ədəd yaşıl bibər

2 ədəd qırmızı bibər

250 qr doğranmış toyuq filesi

Soya sousu

1 diş sarımsaq

Müxtəlif ədviyyatlar

Azca Azərduz yodlu narın xörək duzu



Hazırlanması: 

Qabaq, kök və bibərlər iri-iri doğranıb,yaxşı qızardılır.



Toyuq dördkünc doğranır,sarımsaqla bərabər tavaya əlavə olunur.

 

 

Yenə azca qovrulur,soya sousu əlavə edilir və qapağı örtülərək 5 dəqiqə aşağı atəşdə bişirilir.

 

Ədviyyatlar əlavə olunur,1-2 dəqiqə bişirdikdən sonra yemək hazırdır.

 

Nuş olsun! 

P.S. Çin yeməklərini başqa yerlərdə bişirdikdə eyni dadı əldə etmək çətindir.

Bu yeməyə mən əlavə olaraq sadəcə sarıkök və istiot əlavə etdim. Bizim ağız dadımıza uyğun bir yemək alındı.

Qeyd: Soya sousundan istifadə edildiyi zaman duz istifadə olunmur.Soya sousunun miqdarı çox olarsa, yemək duzlu ola bilər.Soya sousunu supermarketlərdən əldə etmək mümkündür.

8 dekabr 2011
GO BACK