Tərkibi:
3/4 paket makaron
5-6 ədəd xiyar turşusu
2 su st qatıq
2 diş sarımsaq
1 banka qarışıq qarnitür
yarım dəstə cəfəri
yarım dəstə şüyüd
3-4 y/q mayonez
duz
1-2 y/q dənə qarğıdalı
2 litr qaynaq su
Hazırlanması:
Makaronu 10 dəqiqə qaynadın. ( çox yumşalmamasına diqqət edin).
Qaynadılmış makaronu süzün, soyuq sudan keçirin və süzülməyə qoyun.
Xiyar turşularını və göyərtiləri xırda-xırda doğrayın.
2 diş sarımsağı əzin, qatıq, turşuları və göyərtiləri dərin qabda qarışdırın.
Qarışıq qarnitürü, süzülmüş makaronu, duzu və mayonezi əlavə edərək qarışdırın.
1-2 saat gözlətdiyiniz makaron salatını servis qabına qoyun, qarğıdalıları əlavə edərək servis edin.