Tərkibi:
1 kq orta boy kabak
1 çay st biraz az düyü
250 qram düyü
1 iri quru soğan və ya 2 ədəd orta boy soğan
1 y/q tomat
yarım çat zeytun yağı
şüyüd
cəfəri
təzə nanə
duz
istiot
Sous üçün:
2-3 y/q zeytun yağı və ya kərə yağı
1 y/q tomat
duz
isti su
Hazırlanması:
Yuduğunuz kabakları soyub 2 hissəyə bölün və içini oyun.
Düyünü bol su ilə yuyun və yaxşıca süzün.
Bir qabda qiyməni, düyünü, yağı, yuduğunuz göyərtiləri, doğranmış soğanı tomatı, zeytun yağını, duzu və istioty qarışdırın.
Kabakları doldurub qazana düzün. 1 su stəkanı isti su, 1 yemək qaşığı tomatı, zeytun yağını və duzu qarışdırın, düzdüyünüz kabakların üstünə tökün.
1-1,5 su stəkanı isti su əlavə edin. Dolmanı orta dərəcədə düyülər şişənə qədər bişirin. Sarımsaqlı qatıq və şüyüdlə servis edin.