Qadin.NET / Tutlu bulqur plovu (foto-resept)

Tutlu bulqur plovu (foto-resept)


Tərkibi:

1 su st plovluq bulqur
1 çay st tut qurusu
1 ədəd orta boy quru soğan
3 y/q duru yağ
1 y/q kərə yağı
1 ç/q bibər pastası
2 su st isti su + 1 bulyon və ya 2 su st ət suyu

Hazırlanması:
Xırda-xırda doğradığınız soğanı, biraz duzu və yağları qazana əlavə edərək qovurun.
Soğanlar şəffaflaşmağa başlayanda tomatı əlavə edib 1 dəqiqə qovurun.
Tomatın qoxusu çıxanda bulquru əlavə edib 2 dəqiqə qovurun. Bulqurun üstünə quru tutları qoyun.
Qaynayan suyun içində bulyonu əridib 2 su stəkanı suyu bulqurun üstünə əlavə edərək qarışdırın.
Qazanın ağzını bağlayıb, aşağı dərəcədə plov suyunu çəkənə qədər bişirin.
Suyunu çəkən plovun ağzını açın, qazı söndürün və xəfif qarışdırın.
Qazanın ağzına dəsmalla bağlayıb yenidən örtün. Dəmlənməyə qoyun.


8 iyun 2020
GO BACK