Qadin.NET / Ətli mini zapekanka (foto resept)

Ətli mini zapekanka (foto resept)


Tərkibi:
400 qr farş
1 ədəd soğan
nanə qurusu
Azərduz yodlu narın xörək duzu, istiot

İçlik üçün:
2 ədəd kartof
3 ədəd yumurta
150 qr holland pendiri
"Bizim Süfrə" klassik mayonezi
Duru yağ

Hazırlanması:
İlk öncə ət və soğan ət maşınında çəkilir, duz, istiot, nanə qurusu vurulub qarışdırılır.


Daha sonra list yağlanılır, ətləri bu şəkildə listə düzürük.


Kənarda bir ədəd soğan qızardıb ətin üzərinə qoyuruq.


Daha sonra soyutma bişirilib doğranmış yumurta qoyuruq.


Sonra sütkəcdən keçirilmiş kartof qoyuruq.


Sonra üzərinə mayonez çəkirik.


Ən sonda sütkəcdən keçirilmiş holland pendiri qoyub oncədən isidilmiş sobada 180 dərəcədə 20 dəqiqə bişirik.


Budur, mini zapekankamız hazırdır.


Nuş olsun!!!

 

5 dekabr 2011
GO BACK