Tərkibi:
500 qram gül kələmi
200 qram qiymə
1 ədəd orta boy soğan
1 diş sarımsaq
6 y/q sürtgəcdən keçirilmiş pomidor
1 y/q bibər və ya pomidor pastası
3 y/q zeytun yağı
duz
istiot
üstü üçün
100 qram təzə kaşar pendiri (sürtgəcdən keçirilmiş)
Hazırlanması:
Bol suda yuduğunuz gül kələmlərinizi əlinizlə ayırın.
Orta boy qazanda suyu qaynamağa qoyun və qaynadın, qaynayan suya duzu əlavə edin və gül kələmləri yumşalana qədər qaynadın.
Qaynatdığınız gülkələmlərini soba üçün olan şüşə qaba qoyun.
Zeytun yağını qoyduğunuz qazanda doğradığınız soğanı qovurun.
Çəhrayiləşən soğana duzu və qiyməni əlavə edin, suyunu salıb çəkənə qədər qovurun.
Sarımsaq və tomat pastası əlavə edərək qovurmağa davam edin.
Qiyməli qarışıma pomidor sousu əlavə edərək suyunu çəkənə qədər bişirin.
Bişən qiyməli içliyi gülkələmlərinin üstünə yayın.
Son olaraq pendiri səpin və 180 dərəcə əvvəlcədən isidilmiş sobada üstü qızarana qədər bişirin.