(4 nəfərlik)
Tərkibi:
4 ədəd böyük və uzun kartof
4 ç/q kərə yağı
4 ç/q qırmızı toz bibər
4 şaxə kekik
4 y/q ketçup
1 y/q zeytun yağı
1 kiçik kasa dilinmiş sosiska
8 dilim pendir
Hazırlanması:
Sous üçün: ketçup, doğranmış təzə kekik və zeytun yağını qarışdırın. Sousunuz hazırdır.
Kartofların qabığını soymadan yuyun. İki barmaq genişliyində aralıqlarla buraxaraq dibindən qopmayacaq formada dilimləyin. Hər dilimin arasına kərə yağını çəkin.
Sobanın orta qatına yağlı kağız sərili soba listini yerləşdirin. 200 dərəcədə sobada, bişdiyindən əmin olana qədər qızardın. Kartofların bişəndə aralarına yarım dilin tost pendiri, sosiska və ketçuplu sousdan yerləşdirin. Kartofları yenidən isti sobaya verin. Pendirlər əriyəndə sobadan çıxarın.