Tərkibi:
750 qram ispanaq
3 y/q zeytun yağı
1 ədəd orta boy quru soğan
4 ədəd yumurta
duz
qırmızı bibər
Hazırlanması:
Təmizləyib yuduğunuz ispanaqlarınızı doğrayın. Soğanı da yeməklik doğrayın.
Orta boy qazana zeytun yağı ilə birlikdə soğanı əlavə edin. Duzunu da əlavə edərək orta dərəcədə soğanlar çəhrayiləşənə qədər qovurun.
Doğradığınız ispanaqların yarısını qazana əlavə edin və qovurun.
İspanaqlar az suyunu buraxdıqda, qalan ispanağı da əlavə edin və bütün ispanaqlar suyunu buraxıb çəkənə qədər qovurun.
İspanaqları soba qabına qoyub, qaşıq köməyi ilə 4 oyuq açın.
Yumurtaları bu oyuqların içinə əlavə edin.
200 dərəcə əvvəlcədən isitdiyiniz sobada yumurtalar istədiyiniz hala düşənə qədər bişirin.
Qırmızı bibər əlavə edərək isti və ilıq servis edin.