Qadin.NET / Badamlı plov (foto-resept)

Badamlı plov (foto-resept)

 

Tərkibi:

2 su st düyü

1 çat st quru üzüm

1 su st-dan az badam

2 dolu-dolu y/q kərə yağı

3 st qaynar su

Duz (istəyə görə 1,5 ədəd ət bulyon)

Badamlı plov (foto-resept)

Hazırlanması:

Düyünü 3-4 dəfə yuyaraq nişastasını axıdın, ilıq su dolu qabda 10-15 dəqiqə saxlayın. Saxlanan düyüləri son dəfə yuyularaq süzün. Qazana kərə yağını və badamları əlavə edərək qovurun. Badamlar xəfif qızaranda düyünü əlavə edin və düyülər dənə-dənə olanda qovurmağa davam edin.

Son olaraq üzümlərii və bulyon düyüyə əlavə edin 1-2 dəfə qarışdırın. Qaynar su qatılaraq düyülərin üstü göz-göz olana qədər aşağı dərəcədə suyunu çəkənə qədər bişirin.

Badamlı plov (foto-resept)

8 aprel 2020
GO BACK