Tərkibi:
1 paket makaron
5 ədəd pomidor
1 y/q bibər pastası
2-3 diş sarımsaq
2-3 y/q marqarin və ya duru yağ
3 ədəd yaşıl bibər
duz
makaronu qaynatmaq üçün su, duru yağ və duz
Hazırlanması:
Makaronun suyunu qaynadın. Makaronu suyun içinə duru yağ və duzu əlavə etdikdən sonra istədiyiniz halana gələnə qədər bişirin.
Makaron qaynayarkən pomidorların və sarımsaqların qabıqlarını soyub sürtgəcdən keçirin. Birbərləri ikiyə bölüb çəyirdəklərini çıxarın və xırda-xırda doğrayın. Marqarini sous qazanında əridin, bibərləri və əzdiyiniz sarımsaqları əlavə edib 1 dəqiqə qovurun. Sonra pomidoru, bibər pastasını əlavə edərək 5-6 dəqiqə daha bişirin və qazın üstündən götürün.
Makaronu süzün və servis boşqabların qoyun. Üstünə hazırladığınız sousdan gəzdirin.