Qadin.NET / Noxudlu plov (foto-resept)

Noxudlu plov (foto-resept)

 

Tərkibi:

1 su st plovluq düyü

1,5 su st isti su və ya ət-toyuq suyu

2 y/q kərə yağı

1 su st qaynadılmış noxud

duz və ya yarım ət bulyonu

Noxudlu plov (foto-resept)

Hazırlanması:

Düyünü ilıq su ilə süzgəcdə 2-3 dəfə9 yuyun.

Bir qaba ilıq su doldurun və düyüləri içində 10-15 dəqiqə saxlayın.

Kərə yağını plov qazanına əlavə edin və qızdırın. İçində yaxşıca süzdüyünüz düyüləri əlavə edin dənə-dənə olana qədər qovurun.

1,5 su st isti suyu və əzdiyiniz bulyonu əlavə edərək qarışdırın.

Son olaraq qaynadılmış noxudları əlavə edərək qazanın ağzını örtün.

Əvvəlcə yüksək atəşdə üstü dəlik-dəlik olana qədər bişirin və qazın dərəcəsini azaldın. Suyunu çəkənə qədər dəmlənməyə qoyun. İstiotla servis edin.

Noxudlu plov (foto-resept)

2 aprel 2020
GO BACK