Tərkibi:
4/3 paket makaron
1 y/q duru yağ
10 ədəd xiyar turşusu
2 su st qarnitür (qarışıq)
2 diş sarımsaq
10 şaxə cəfəri
2 su st qatıq
1 su st mayonez
1 çimdik duz
Hazırlanması:
Konserv qarnitürünüzü süzün və sudan keçirin, sarımsaqları soyun və döyün. Cəfəri və turşuları xıra-xırda doğrayın. Bütün ərzaqları geniş qaba alın.
4/3 paket makaronun içinə duz və duru yağ əlavə edərək qaynar suda 10-15 dəqiqə qaynadıb süzün və soyuq sudan keçirin.
Süzdüyünüz makaronu qarışdırma qabına tökün və üstünə mayonezi, qatığı əlavə edərək yaxşı qarışdırın. Streçlə bağlayıb bir neçə saat gözlədikdən sonra servis edin.