Tərkibi:
500 qram quşbaşı toyuq əti
1 ədəd orta boy soğan
2 diş sarımsaq
2 ədəd uzunsov yaşıl bibər
1 ədəd qırmızı bibər
4-5 y/q zeytun yağı
1 çay st isti su
duz
istiot
Hazırlanması:
Soğanı və sarımsağı doğrayın, bibərləri iki hissəyə bölün, çəyirdəklərini çıxardıqdan sonra yeməklik doğrayın.
4 yemək qaşığı zeytun yağını tavada qızdırın, içinə toyuqları əlavə edin və suyunu salıb çəkənə qədər qovurun.
Soğanı əlavə edərək xəfif qızarana qədər qovurun.
Bibərlərlə sarımsağı da əlavə edin, 3-4 dəqiqə qovurduqdan sonra isti su əlavə edərək qarışdırın.
Tavanın qapağını örtün və qapağı bağlı olaraq 7-8 dəqiqə bişirin.
Bişən toyuqların qapağını açın, suyunu çəkənə qədər orta dərəcədə bişirin.