Qadin.NET / Sobada acikolu toyuq (foto-resept)

Sobada acikolu toyuq (foto-resept)

 

Tərkibi:

500 qr  toyuq budu

3 yemək qaşığı aciko

3 yemək qaşığı zeytun yağı

1 ədəd ağ soğan

acı və ya şirin bibər

2 diş sarımsaq

Duz, istiot

 

Sobada acikolu toyuq (foto-resept)

 

 

Hazırlanması:

1. Toyuqları yuyun və qurulayın. Soğanı və sarımsağı orta boyda doğrayın.

2. Aciko və zeytun yağını qarışdırın. Ətin hər tərəfinə bu qarışımı sürtün, duz və istiot ilə dadlandırın.

 

Sobada acikolu toyuq (foto-resept)

 

 

3. Soba listini yağlayın və ətləri listə düzün. Soğan, bibər və sarımsaqları listə səpin.

4. 200 dərəcədə əvvəlcədən isitdiyiniz sobada altı və üstü qızarana kimi bişirin.

 

Sobada acikolu toyuq (foto-resept)

 

 

17 fevral 2020
GO BACK